Roberto Bordin: "İtaliyada çalışmaq istəyirəm"

11:51 - 28 Mart 2019

"Bir neçə ildir məşqçilik edirəm və əsasən ölkə xaricində çalışıram. Moldovada iki çempionluq və bir kubok titulum var. "Şerif"lə Avropa Liqasının qrup mərhələsində iştirak etmişik".

 

Sportal.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib. 

 

"Ağ-qaralar"dakı vəziyyətindən danışan italiyalı mütəxəssis yenidən gələcəkdə ölkəsində işləmək istədiyini gizlətməyib: "Hazırda "Neftçi" klubunun baş məşqçisiyəm. Əlbəttə, nə vaxtsa İtaliyada işləmək istərdim. Amma indiki məqamda özümü Azərbaycanda xoşbəxt hiss edirəm. Burada təcrübəmi artırmaqdan məmnunam". 

 

Qeyd edək ki, Roberto Bordin ötən ilin yayından “Neftçi”yə rəhbərlik edir. Paytaxt təmsilçisi Premyer Liqada 21 turdan sonra 45 xalla “Qarabağ”la şərikli liderdir. 

Xəbər xətti