Azərbaycan Premyer Liqasının XXIII turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, “Keşlə” ilə qarşılaşmadan sonra bir günlük fasiləyə buraxılan komanda bu gün öz bazasında məşqə çıxıb.
Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah da bir məşqlə davam edəcək.
Aprelin 6-da 8-ci km stadionunda keçiriləcək "Neftçi” – "Zirə” oyunu saat 18:00-da başlanacaq.
saytlarin hazirlanmasi