"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 23-cü turunda "Zirə"ni 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis öncə qələbəni şərh edib:
- Çox çətin qarşılaşma oldu. Komandam yaxşı oyun nümayiş etdirdi. İlk hissədə hesabda 2:0 irəlidə olduğumuz zaman açıq oyun getdi. Son ana qədər mübarizə apardıq, xarakter göstərdik, layiqli qələbə qazandıq. Daha çox qol vura bilərdik.
- İlk qoldan sonra tribunaya tərəf emosional iaşrə etdiniz. Bu, "Neftçi" azarkeşi idi?
- Əlbəttə, azarkeşlər bizdən qələbə gözləyirdi. İlk qol gecikirdi. Azarkeşimiz mənə jest etdi. Heç bir qərəzli şey yox idi.
- Canluka Sansonenin ehtiyatda qalmasının səbəbi nə idi?
- Sansonenin yüngül ağrıları var idi. Ancaq Mirabdulla Abbasov özünü həftəboyu məşqlərdə yaxşı göstərmək üçün çalışdı. Yaxşı oynadı, yalnız qol çatmadı. Qol vura bilsəydi, yaxşı olardı.
- Oyunun gedişində zədə alan futbolçularınızın vəziyyəti necədir?
- Deməzdim ki, Mirabdullanın zədəsi vardı. Sadəcə, yorulmuşdu. Ömər Buludovun isə zədəsi ciddi deyil.
saytlarin hazirlanmasi