Topaz Premyer Liqasının XIII turu “Neftçi”nin fransalı hücumçusu Baqali Dabo üçün yubileylərlə yadda qalıb.
Sportal.az xəbər verir ki, “Zirə” ilə ev oyununda (4:2) iki qol vuran legionerin ilk topu ikiqat önəm kəsb edib.
Bu, Baqalinin Azərbaycan çempionatlarında 30-cu, “ağ-qaralar”ın heyətində Premyer Liqada 10-cu qolu olub. Hücumçu ardınca bu rəqəmləri müvafiq olaraq 31 və 11-ə də çatdırıb.
“30”u arxada qoyan bombardir üç mövsümə bu göstəriciyə nail olub. 2016/17 mövsümündə 7 (16 oyun), 2017/18 mövsümündə 13 (27 oyun) dəfə fərqlənən Dabo bu qolları “Qəbələ”də vurub. “Neftçi”dəki ilk mövsümündə 21-ci oyunda 11-ə çatan forvard ümumilikdə 64 matçda 31 qola sevinib.
saytlarin hazirlanmasi