Azərbaycan Premyer Liqasında XXIII tur oyunları bombardirlər cədvəlində ikihakimiyyətliliyə son qoyub. “Zirə” ilə ev oyununda (4:2) dubl edən “Neftçi”nin hücumçusu Baqali Dabo vahid lider olub. Hazırda aktivində 11 qol olan fransalı forvard ən yaxın izləyicisi Mahir Mədətovu 2 top qabaqlayır.
Sportal.az xəbər verir ki, Dabo qalan 5 turda liderliyi əldən verməsə, Azərbaycan futbolu tarixində ilkə imza atacaq. Ötən mövsüm “Qəbələ”nin heyətində 13 qolla Premyer Liqanın ən sərrast futbolçusu adını qazanan Baqali bunu ardıcıl ikinci il bombardir olmaqla reallaşdıra bilər. İndiyə qədər ölkə çempionatlarında heç bir futbolçu fasiləsiz iki mövsüm “qol kralı” ola bilməyib.
Nazim Əliyev (1992, 1994/95, 1997/98), Alay Bəhramov (1998/99, 2001/02) və Zaur Ramazanovun (2004/05, 2006/07) 1-dən artıq bombardirliyi olsa da, onlar heç biri bunu ardıcıl mövsümlərdə etməyib.
saytlarin hazirlanmasi