“Neftçi” Topaz Premyer Liqasının 25-ci turunda qarşılaşacağı “Sabah” klubu ilə oyunun hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, “Səbail”lə qarşılaşmadan sonra hazırlığa fasilə verməyən "ağ-qaralar" bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlığın sabah bir məşqlə davam etməsi nəzərdə tutulub.
"Neftçi" "Sabah"la oyuna cəzalı ötən tur "Səbail"lə matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Canluka Sansonesiz çıxacaq.
Aprelin 19-da “Əlincə Arena”da keçiriləcək “Sabah” – “Neftçi” oyunu saat 18:30-da başlanacaq.
saytlarin hazirlanmasi