Topaz Premyer Liqasının XXV turunun “Sabah” – “Neftçi” oyunu (0:2) Namiq Ələsgərovun dublu ilə əlamətdar olub.
Sportal.az xəbər verir ki, vurduğu 2 qolla komandasına 3 xal qazandıran yarımmüdafiəçi Azərbaycan çempionatlarında ilk dəfə dubla imza atıb.
Namiqin vurduğu ikinci top onun “Neftçi”nin heyətində 10-cu çempionat qolu olub. 57-ci görüşündə yubiley qeyd edən futbolçu 2016/17 mövsümündə 2, ötən çempionatda 5, cari yarışda 3 dəfə fərqlənib. Onun “ağ-qaralar”ın heyətindəki ilk qolu 2017-ci il fevralın 9-da “Keşlə”ylə səfərdəki qarşılaşmaya (3:1) təsadüf edib.
Qeyd edək ki, Namiq Premyer Liqa karyerasındakı qol sayını 16-ya çatdırıb. O, “Neftçi”yədək “Bakı”da 2, “Qarabağ”da 1, “Kəpəz”də 3 qola sevinib.
saytlarin hazirlanmasi