"Neftçi"nin futbolçusu üçün mövsüm bitdi

00:06 - 23 Aprel 2019

Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində "Sabah” klubu ilə oyunun əvvəllərində zədələnərək əvəzlənən Kirilo Petrovun vəziyyətinə aydınlıq gəlib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, tibbi baxışın nəticələrinə görə, ukraynalı müdafiəçi budun arxa qrup əzələlərinin gərilməsi diaqnozu ilə 3 həftə müalicə olunacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

 

3 həftəlik zədə isə o deməkdi ki, Petrov üçün 2018/19 mövsümü artıq bitib.

 

Kirilo Petrov bu mövsüm 24 oyunda meydana çıxıb.

Xəbər xətti