"Neftçi"nin sabiq futbolçusu: "Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq"

14:17 - 23 Aprel 2019

“Neftçi”nin sabiq hücumçusu Melvin Platye Bakı klubundakı karyerasından danışıb.

 

Sportal.az xəbər verir ki, hollandiyalı futbolçu “ağ-qaralar”ın heyətində 2013-2014 mövsümündə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Albaniya “Skenderbeu”su ilə keçirilən cavab oyununu xatırlayıb:

 

“Doğma meydanda qolsuz heç-heçə qeydə alındığından səfərdə qalib gəlmək lazım idi. 88-ci dəqiqədə qol vurmaq üçün yaxşı fürsət yaxalasam da, başla topu boş qapıdan keçirə bilmədim. Yekun nəticədə 0:1 hesabı ilə uduzduq. Mərhələni keçsəydik, 21 min dollar mükafat alacaqdıq. Hər dəfə həmin mənzərə gözümün qabağına gələndə məni ağlamaq tutur”.

 

2013-2014 mövsümündə “Neftçi”nin formasını geyinən Platye hazırda İndoneziyanın "Bali Yunayted" klubunda çıxış edir. 

Xəbər xətti