"Neftçi" 1:8 hesabı ilə uduzduğu komanda ilə üz-üzə

11:57 - 31 May 2019

Avropa Liqasına hazırlaşan "Neftçi"nin Antalyada keçirəcəyi yoxlama görüşü üçün daha bir rəqibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" Rusiyanın "SKA-Xabarovsk" klubu ilə qarşılaşacaq. Oyun iyunun 19-da baş tutacaq.


"Neftçi" iyunun 30-da Ukraynanın "Vorskla" klubu ilə də qarşılaşacaq.


"SKA-Xabarovsk" Rusiya Milli Liqasında ötən mövsümü 7-ci pillədə tamamlayıb.
 
"Neftçi" 2018-ci ilin yanvarında Türkiyədə keçirilən yoxlama görüşündə "SKA-Xabarovsk"a 1:8 hesabı ilə uduzmuşdu.

Xəbər xətti