“Neftçi” ilə 2 illik yeni müqavilə imzalayan Səlahət Ağayev klub televiziyasına açıqlama verib.
Sportal.az xəbər verir ki, 28 yaşlı qapıçı "Neftçi"ni doğma komandası adlandırıb:
"Artıq son iki ildir ki, "Neftçi"nin şərəfini qoruyuram. Belə komandanda iki oynamaq futbolçu karyerası üçün böyük vaxtdır. Artıq "Neftçi" mənim üçün doğma komandadır. Hər oyuna final kimi çıxmışam. Hər oyuna can qoymuşam, əlimdən nə gəlibsə, "Neftçi" üçün etmişəm. Son oyunlarda ol bilsin ki, səhvlərimiz olub və bundan da heç kim sığortalanmayıb".
Ağayev ötən mövsümdə çempion olmadıqları üçün təəssüfləndiklərini deyib:
"Çempion ola bilərdik, ancaq son 3-4 turda liderliyi əldən verdik. Bu da futbolda olan şeydir. Mən də azarkeşləri başa düşürəm, çox məyusdurlar. Futbolçu kimi biz də onların yaşadıqları hissləri keçiririk. Məyusuq. Bəzən azarkeşlərlə aramızda xoşagəlməz hadisələr yaşanıb. İndi isə onların bizə dəstəyi lazımdır".
Milli üzvü ölkə xaricinə yollanmaq variantının olduğunu, lakin "Neftçi"də qalmağı üstün tutduğunu açıqlayıb:
"Bəzi komandalardan təklifim var idi. Xaricdən 1-2 təklif daha maraqlı gəldi mənə. Legioner həyatı yaşamaq istəyirdim. Agent vasitəsi ilə danışıqlar oldu. Bu da mənə maraqlı gəlirdi. Müqavilə bitdikdən sonra öncə "Neftçi" rəhbərliyi ilə danışdım. Danışıqlardan sonra doğma komandamda qalmağa üstünlük verdim. Bunun üçün çox şadam. Daha iki il "Neftçi"də çıxış edəcəm və bu, mənim üçün xoşdur. İnanıram ki, bu müqavilə hamımız üçün uğurlu olacaq. Çox istərdim ki, növbəti mövsümdə yeni hədəflər üçün döyüşə birlikdə çıxaq".
saytlarin hazirlanmasi