Roberto Bordin xərçəngə qalib gəlib

16:14 - 10 İyun 2019

“Neftçi”nin baş məşqçisi Roberto Bordin illər əvvəl xərçəng xəstəliyinə düçar olub.

 

Sportal.az "Sportevai" nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssisdə xərçəng 1996-1997 mövsümündə –  “Napoli”də çıxış etdiyi vaxt aşkarlanıb. O, buna görə karyerasına fasilə verməli olub. Amma ondakı şiş xoşxassəli olub və əməliyyat nəticəsində sağalıb.

 

Bordin futbolçu karyerasını 2005-ci ildə "Spetsiya"da başa vurub.

 

54 yaşlı mütəxəssis 2018-ci ilin iyun ayında “Neftçi”nin baş məşqçisi təyin edilib.

Xəbər xətti