"Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov komandadan ayrılan Ruslan Abışova vida sözləri yazıb.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu sosial şəbəkə hesabında Abışova uğurlar arzulayıb:
“Sağ ol, kapitan! “Neftçi”yə gəldiyim ilk gündən hər şeydə mənə kömək etdiyin üçün sənə minnətdaram. Təəssüf ki, yaxın dostlarımdan daha biri komandadan gedir. Sənsiz darıxdırıcı olacaq. Təəssüf ki, zədən bizə mövsümü birlikdə keçirməyə imkan vermədi. Amma əminəm ki, gələcəkdə səndə hər şey alınacaq. Çünki Azərbaycan futbolunda sənin kimi peşəkar oyunçu yoxdur! Uğurlar, kapitan, dostum, qardaşım!”.
saytlarin hazirlanmasi