"Neftçi"nin Rusiya klubu ilə oynayacağı matçın vaxt açıqlandı

14:06 - 16 İyun 2019

"Neftçi"nin Türkiyə toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "ağ-qaralar" iyunun 20-də "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydanında Rusiyanın "SKA-Xabarovsk" klubu ilə qarşılaşacaq.

 

"Neftçi" ötən ilin qışında Antalyadakı təlim-məşq toplanışında da "SKA-Xabarovsk" klubu ilə üz-üzə gəlmiş və 0:8 hesabı ilə uduzmuşdu.

 

Qeyd edək ki, qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi”nin iyunun 30-dakı rəqibi Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. İyunun 25-də keçiriləcək ikinci sınaq matçındakı rəqib isə hələlik məlum deyil.

Xəbər xətti