Baqali Dabo əməliyyat edildi: Avropa Liqasına yetişəcək?

14:49 - 26 İyun 2019

"Neftçi"nin fransalı forvardı Baqali Dabo əməliyyat edilib. 30 yaşlı hücumçunun əməliyyatı Türkiyədə gerçəkləşib.

 

Dabonun Avropa Liqasının I təsnifat mərhələsində Moldova "Sperantsa"sı ilə keçiriləcək oyunlara yetişib-yetişməyəcəyi ilə bağlı paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevdən məlumat aldıq.

 

Sportal.az saytına açıqlamasında Allahverdiyev Dabonun son durumu ilə bağlı danışıb.

 

"Dabo yüngül əməliyyat keçirib. İndi hər şey qaydasındadır. Bir gündən sonra komanda ilə məşqlərə başlayacaq. Ehtimal var ki, o, oyunlara çatsın. Ayağında xırda bir şeydir. Cavab matçında 100 faiz meydanda olacaq. İlk oyuna da ehtimal olunur ki yetişəcək", - deyə klub rəsmisi bildirib.

 

"Neftçi" iyulun 11-də Moldovada "Sperantsa"nın qonağı olacaq. Komandaların cavab görüşü bir həftə sonra Bakıda reallaşacaq.

Xəbər xətti