Rauf Əliyev: "İndidən "Arsenal" barədə danışmaq düzgün deyil" - MÜSAHİBƏ

00:53 - 12 İyul 2019

"Neftçi"nin futbolçusu Rauf Əliyev Avropa Liqasının I təsnifat mərhələsində Moldovada "Sperantsa"ya qalib gəldikləri matçdan sonra jrunalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu əvvəlcə görüş barədə fikirlərini bildirib:

 

- Səfərdə 3:0 çox yaxşı nəticədi. Birinci mərhələ olsa da, komandada arxayınlıq yox idi. Düşünürdük ki, səfərdə oynayırıq və buraxdığımız bir qol bizə problem yarada bilər. Sevinirik ki, hər şey bizim üçün yaxşı başladı. Demək olar, mərhələnin 60 faizini həll eləmişik. İndi evdə oynayacağıq. 3:0 yaxşı nəticə olsa da, bu futboldu. Evdə də arxayınlıq olmamalıdı. Çalışacağıq ki, yenə qələbə qazanaq.

 

- Öncədən bu nəticəni gözləyirdiz?
- Düzünü desəm, mən gözləmirdim. "Sperantsa" bizim üçün sürpriz komandadı. Onları bir o qədər tanımırdıq. Hardasa bu nəticəni gözləmirdim. Qol vuracağımıza isə inam var idi. Amma 3:0 gözlənilməz oldu.

 

- Oyunda istəkli olsaz da, fərqlənə bilmədiz...
- Komandada debüt matçım idi. Əlimdən gələni etdim. Qol vurmaq istəyirdim. Komandanın qələbə qazanmasında pay sahibi oldumsa, mənim üçün sevindirici haldı.

 

- Artıq Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın "Arsenal" komandası ilə oyunları düşünmək olar?
- Şablon danışmaq istəmirəm. Amma yenə də oyunumuz var. İndidən "Arsenal" barədə danışmaq düzgün deyil. İkinci oyunu da oynayaq. Görək necə olur.

 

- Ürəyinizdən keçirmi ki, artıq bu mərhələni adladıq və bunlar bizə Bakıda heç bir çətinlik törədə bilməz?
- İstəmirəm desinlər ki, indidən ikinci mərhələni fikirləşir. Hər şey bizim ürəyimizcədi. İkinci oyunu da oynamaq lazımdı. Ondan sonra tam "Arsenal" haqqında düşünmək olar.

 

- Rəqibin baş məşqçisi Kristian Efros oyundan öncə iddialı danışdı. Belə bir ifadə işlətdi ki, nəinki "Neftçi" "Real Madrid"lə oynasaq da favorit bizik. Öz oyununuzla ona cavab verdinizmi?
- Yəqin ki, rəqib baş məşqçiyə cavab vermişik. Amma onlar da belə ifadələr işlətməklə özlərinə inam qazandırmaq istəyirdilər. Bu gün səfərdə 3 top vurmuşuqsa, yəqin ki, onun cavabını verə bilmişik.

 

- "Forza Neftçi" azarkeş qrupu sizi bu səfər matçında dəstəkləmək üçün Moldovadı. Bu sizə əlavə motivasiya verdi?
- Əlbəttə. Bu, bizə 100 faizlik motivasiya verdi. Təklikdə hər birinə təşəkkür edirəm. Bu qədər yolu qət edib, gəliblər və əziyyət çəkiblərsə, artıq bu, onların komandaya necə bağlı olduğunu göstərir. Bütün "Neftçi"sevərlərə, fanatlara təşəkkür edirəm. Turu onlara hədiyyə edəcəyik.

Xəbər xətti