Baqali Dabo "Arsenal"la oyunu buraxacaq

16:41 - 23 İyul 2019

"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın "Arsenal" klubu ilə mübarizə aparacaq. Cütün ilk oyunu səfərdə baş tutacaq.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" Tulada keçiriləcək oyunda hücumçusu Baqali Dabonun xidmətindən yararlana bilməyəcək. İyun ayında ayağından əməliyyat edilmiş futbolçu kollektiv məşqlərə başlamayıb.

 

30 yaşlı forvardın cavab matçına yetişib-yetişməyəcəyi sual altındadır.

 

Fransalı futbolçu I mərhələdə Moldovanın "Sperantsa" klubu ilə keçirilmiş oyunları da buraxmışdı.

 

"Arsenal" - "Neftçi" oyunu iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-i Bakıda keçiriləcək.

Xəbər xətti