Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Neftçi" - "Bney Yehuda" matçı 2:2 hesabı ilə başa çatıb.
Sportal.az xəbər verir ki, 8-ci km stadionunda keçirilən qarşılaşmada İsrail komandasının futbolçuları vaxtı uzatmaqla məşğul olublar.
Zədə bəhanəsiylə tez-tez yerə yıxılan qonaq futbolçular yerli azarkeşlərin etirazı ilə qarşılaşıblar.
Bundan başqa, matçı canlı yayımlayan "CBC Sport"un şərhçisi Pərviz Musayev də diqqət mərkəzinə düşüb.
O, oyunun son dəqiqələrində meydana daxil olan "Bney Yehuda" əməkdaşına "Sənin meydanda nə işin var, ağsaqqal?", - deyə səslənməsiylə diqqət çəkib.
Foto: "Qafqazinfo"
saytlarin hazirlanmasi