"Həftəboyu oyuna yaxşı hazırlaşmışıq. Artıq rəqbimizi yaxşı tanıyrııq. Çünki bir həftə onunla qarşılşamışıq, analiz etmişik. Çalışacağıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək və Azərbaycana yaxşı nəticəylə qayıdaq".
Sportal.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Dario Frederiko Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubuyla cavab qarşılaşması öncəsi keçirilən mətbuat konfransında bildirib.
Braziliyalı yarımmüdafiəçi komandasının qələbəsi üçün uzun reydlərinə ənənəvi futboluna üstünlük verməyə hazırdı: "Oyununmda əsas keyfiyyətlərimdən biri driblinqlərimdi. Çalışıram ki, rəqibin neçə futbolçusunu keçim. Bununla da hücumumuzu daha da asanlaşdırıram. Çalışacam ki, yenə üstün oyunumla seçilim".
saytlarin hazirlanmasi