Azərbaycan Premyer Liqasının ilk turunda “Neftçi” “Sabah”ı qəbul edir.
Sportal.az xəbər verir ki, turun son oyununa gələn "ağ-qaralar"ın azarkeşlərinin bir qismi “Neftçi” rəhbərliyini istefaya səsləməyə başlayıb.
“Neftçimaniya” fan klubu başda olmaqla bəzi azarkeşlər klub prezidenti Kamran Quliyevi, idman direktoru Ceyhun Sultanovu, baş məşqçi Roberto Bordini istefaya səsləyib. “Kamran, “Sumqayıt”a qayıt!", "Ceyhun, istefa!", “Yığın çantanı, rədd olun, gedin!” və "İstefa!" şüarları birinci hissə ərzində davam edib.
"Neftçi" rəhbərliyi polisə göstəriş verərək, fanat qrupunu "Bakcell Arena"dan kənarlaşdırıb.
saytlarin hazirlanmasi