"Neftçi"nin "Forza Neftçi" azarkeş qrupunun rəhbəri Sübhan Əliyev "facebook" səhifəsində açıqlama verib.
Sportal.az xəbər verir ki, "Neftçi"nin Avropa Liqasındakı uğursuzluqdan sonra Azərbaycan çempionatının ilk turunda "Sabah"la görüşdə xal itirməsinə narazılıq edib və "Forza Neftçi"nin tribunadan çəkildiyini söyləyib.
"Biz "Neftçi" üçün çox can qoymuşuq. Dövlət orqanlarına çağırılmışıq, nə hədələr görmüşük, amma zərrə qədər "Neftçi" sevgisindən əl çəkməmişik. Çünki sevgimiz təmiz, dürüst olub. Sizə verdiyimiz dəstək burnunuzdan gəlsin, heç birinə layiq deyilsiz. "Forza Neftçi" olaraq haqqımızı halal etmirik! İllərdir kimlər gəlir, azarkeşə kənar şəxs, biri "xuliqan", biri "avara" deyir. İllər keçir rəhbərlik dəyişir, amma yenə də "Neftçi"nin yanında azarkeşi olur
Gedin bizi çempionluqdan edən məşqçinizdən bərk yapışın. Siz dəstəyə layiq deyilsiz. "Forza Neftçi" olaraq tribunadan çəkilirik. Onsuz da hamınız bir gün gedəcəksiz və "Neftçi"yə qalan biz olacağıq! Siz gedin qapıları bağlayın, bizim uşaqlar bayırda qalsınlar", - deyə Əliyev qeyd edib.
"Sabah"la oyunun ilk hissəsində “Neftçimaniya” azarkeş qrupu klub rəhbərliyini istefaya səsləmişdi.
saytlarin hazirlanmasi