"Neftçi"nin müdafiəçisi Elvin Sərkərov karyerasını İspaniyada davam etdirə bilər.
Sportal.az milli.az-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə "San-Sebastyan-de-Los-Reyes" klubu maraqlanır. Komandanın baş məşqçisi Manolo Xesus Kano Elvinin oyunlarını izlədiyini və rəhbərliyi altında görmək istədiyini bildirib.
"San-Sebastyan-de-Los-Reyes" İspaniyanın Sequnda B Liqasında mübarizə aparır və qarşısına Sequndaya yüksəlmək hədəfi qoyulub. Futbolcunun agenti Əbülfəz Hafizoğlu keçmişdə az da olsa, İspaniyada oynayıb.
Sərkərov "Neftçi"nin yetirməsidir. Azərbaycanın U-21 millisinin üzvü ötən mövsüm Latviyanın "Dauqavpils" klubuna icarəyə verilmişdi.
saytlarin hazirlanmasi