“Neftçi” Kamran Quliyevin dişinə görə deyil”

14:39 - 31 Avqust 2019

“İnter”in (hazırkı “Keşlə”) keçmiş prezidenti Georgi Nikolov “Neftçi”nin prezidenti Kamran Quliyevi tənqid edib.

 

Sportal.az xəbər verir, bolqarıstanlı futbol funksioneri "facebook" hesabında “Neftçi” ilə bağlı şərh yazıb:

 

“Neftçi” ilə həmişə rəqib olmuşuq. Lakin yalnız meydanda. Klub həmişə üzdədir. Bütün ölkə onlara azarkelik edir. Ona görə də uğursuzluq çoxlarını məyus edir. Kamran Quliyev “Sumqayıt”da işinin öhdəsindən yaxşı gəlirdi. “Neftçi” isə onun dişinə görə deyil...”

 

Xəbər xətti