Azarkeşlər "Neftçi" rəhbərliyini istefaya çağırdı

22:43 - 15 Sentyabr 2019

Azərbaycan Premyer Liqanın 4-cü turunun "Neftçi" səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzub. 

 

Sportal.az xəbər verir ki, oyun zamanı "ağ-qaralar"ın azarkeşləri uğursuz nəticəyə görə klub rəhbərliyi və baş məşqçi Roberto Bordinin istefasını tələb ediblər. Fanatlar oyunun gedişində bir neçə də "istefa" şüarı səsləndirib.

 

"Neftçi"nin son uğursuz nəticələrinə görə "Forza Neftçi" azarkeş qrupu ilk turdan sonra komandanı boykot edib.

Xəbər xətti