Kirilo Petrov Ukrayna mətbuatına Xocalı soyqırımından danışdı: - "Ermənilər hamını öldürüb" - VİDEO

13:19 - 17 Sentyabr 2019

“Neftçi”nin müdafiəçisi Kirilo Petrov ukraynalı jurnalist Roman Bebekə geniş müsahibə verib.

 

Sportal.az xəbər verir ki, telemüsahibə Bakının mərkəzində - İçərişəhər, Dənizkənarı Milli Park və “Neftçi” klubunun bazasında aparılıb. Müsahibədə ukraynalı futbolçu Xocalı soyqırımına da toxunub:

 

"Neçə ildir Azərbaycanda yaşayıram. Ölkənin tarixini bilirəm. Amma məsələnin digər tərəfindən xəbərim yoxdur. Burada hansısa kənddə soyqırım olub. Ermənilər ora girib, hamını - uşaqları, hamilə qadınları öldürüb. Dəhşətli hadisələr olub.

 

Bakıda Xocalı prospekti var və həmin hadisələrə görə abidə ucaldılıb. Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridir. Hər şeyi bilmədiyim üçün çox danışa bilmirəm. Bu, siyasi məsələ olduğundan, çox qarışmaq istəmirəm.

 

Bu, Rusiya ilə Ukrayna arasında olan məsələyə oxşayır. Amma biz heç vaxt onlarla qardaş kimi olmamışıq. Çünki həmişə fərqlənmişik. Həm xarakter baxımından, həm də digər aspektlərdə. Onlar heç vaxt mənim üçün qardaş olmayıblar. Qoy, mənim soyadım Petrov olsun. Bilmirəm, hansısa babamdan qalıb.

 

Məni burada rus hesab etmirlər. "Kirilo" çağırırlar. Mənə deyildiyi kimi, 1990-cı ildə Rusiya bu ölkəni işğal etmək istəyib. Amma insanlar tankların qarşısına çıxaraq, buna imkan verməyiblər. Öz hüquqlarını və müstəqilliklərini qoruyublar”.

 

Xəbər xətti