İtaliya yığmasının və “Yuventus”un sabiq futbolçusu Klaudio Markizio karyerasını bitirmək qərarına gəlib.
Sportal.az "La Gazetta dello Sport"a istinadın xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi sabah "Yuventus"un ev oyunlarını keçirdiyi "Alyans Stadium"da mətbuat konfransı təşkil edəcək.
Markizio zədə səbəbindən karyerasını bitirmək qərarını verib.
Markizio "Yuventus"un yetirməsidir və 2005-ci ildə Turin klubunun əsas komandasına qalxmışdı. İtaliyalı futbolçu 2018-ci ildə "Zenit"ə keçmişdi. O, dizindən ağır zədə aldığı üçün yayda klubdan ayrıldı. Markizio İtaliya millisində 55 oyuna 5 qol vurub.
saytlarin hazirlanmasi