Krivotsyuk Azərbaycan dilini öyrənir

16:36 - 6 Oktyabr 2019

“Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk Premyer Liqanın VII turunda “Səbail”ə qalib gəldikləri matçı (2:1) dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, Ukrayna əsilli futbolçu matçın asan keçmədiyini deyib:

 

“Biz tam olaraq oyuna köklənmişdik. Bununla belə, asan qələbə olmadı. Ardıcıl iki qələbədən sonra komandadakı ab-hava yaxşılaşıb. Ümid edirəm ki, çempionatdakı fasilə oyunumuza mənfi təsir etməyəcək".

 

21 yaşlı futbolçu Azərbaycan dilini öyrəndiyini bildirib:

 

"Artıq il yarımdır Azərbaycan dilini öyrənirəm. Dərslərə kifayət qədər vaxt ayırmağa çalışıram. Ümid edirəm, bu yaxınlarda müsahibələrəmi Azərbaycan dilində verə biləcəm”.

Xəbər xətti