Premyer Liqanın 7-ci turu çərçivəsində "Səbail"lə keçirilmiş oyunun (2:1) ilk hissəsində zədələnərək fasilədə əvəzlənən Səlahət Ağayevin vəziyyətinə aydınlıq gəlib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, tibbi baxışın nəticələrinə görə, 28 yaşlı qapıçı pubalgiya (oturaq sümüyünün iltihabı xəstəliyi) diaqnozu ilə bir həftə müalicə olunacaq.
Ağayev bu mövsüm 13 oyunun hamısında meydana çıxıb.