"Neftçi"nin futbolçusu qol vurduqdan sonra əsgər salamı verdi - FOTO

10:10 - 19 Oktyabr 2019

Azərbaycan I Divizionunda "Neftçi-2" "Zaqatala"nı qəbul edib və 1:2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın yeganə qolunu Əlibəy Məmmədli vurub. 63-cü dəqiqədə fərqlənən 22 yaşlı hücumçu qol sevincini əsgər salamı verməklə qeyd edib. O, bununla qardaş ölkə Türkiyəyə dəstək olub.

 

Türkiyə millisinin üzvləri AÇ-2020-nin seçmə mərhələsində Albaniya və Fransa ilə oyunlarda qolları əsgər salamı ilə qeyd edib. Futbolçular Türkiyə ordusunun Suriyada keçirdiyi "Pınar hərəkatı"na dəstək olduqları üçün bu addımı atmışdı.

 

 

Image may contain: 3 people, people smiling, people standing and stripes

Xəbər xətti