Roberto Bordin: "Çatışmayan yalnız qol idi"

17:48 - 1 Dekabr 2019

Azərbaycan Premyer Liqasınd XIII turun "Səbail" - "Neftçi" (0:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Çətin oyun oldu. Çox qapanmış komandaya qarşı oynadıq. Əlbəttə, cinahlatdan müxtəlif hücumlar edirdik. Rəqib də qapımızda sürətli əks-hücumlar yarada bildi. Çoxlu qol epizodu yaratdıq. Məncə, heç olmasa 1 qol vurmağa layiq idik.

 

- Qolu axtarmaq üçün çoxlu əvəzləmələr etdiniz. Ancaq sanki hücumçunuz Rauf Əliyevin meydanda olması qol vurmağa mane olurdu...
- Bununla razı deyiləm. Bu gün Raufun işi çox çətin idi. Onu rəqib müdafiəçiləri hərtəfəli bağlayırdı.

 

- "Neftçi"də belə ənənə vardı ki, ən çox qol şansı qaçıran komanda idi. Demək olarmı ki, bu, xoşagəlməz ənənə davam edir?
- Deməzdim ki, bu, ənənə halını alıb. Keçən oyunda çoxlu qol vəzuyyətləri yaratdıq ki, bunun 3-nü qola çeviridk. Epizod yaratmasaydıq, bu, məni narahat edərdi. Onda çıxış yolu axtarardım.

 

- "Neftçi"nin keçən mövsümdən Bayılda oyunları çox çətin alınır. Təkcə "Səbail"lə yox, bundan əvvəlki səfər matçında "Keçlə"ni də uda bilmədiniz. Bunu necə izah edərsininiz? Əsas səbəb süni qazondu, yoxsa...?
- Əlbəttə, fərqli ot örtüyünü təsiri var. Çnüki komanda təbii otda oynamağa öyrəşib. Burda isə çətindi. Ancaq bunu səbəb saymıram. Bu gün komandam yaxşı oynadı. Futbolçularımız "Keşlə"ylə oyunla müqayisədə bu qazona daha yaxşı adaptasiya olunmuşdu.

 

- Qələbə qazanmamağınızın əsasən səbəbini nədə görürsüz?
- Bizdə çatışmayan yalnız qol idi. Meydanda qalan şeyləri etmişdik. Mtaçı analizdən sonra qələbə qazanmamağınızın daha dərin səbəblərini deyə bilərəm. Buna qiymət vermək lazımdı.

Xəbər xətti