Paraqvayın "Olimpiya" klubunun hücumçusu Emmanuel Adebayor koronavirus pandemiyası ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı toqolu futbolçu maaşında endirimə razılaşmayacağını və fondlara ianə ayırmayacağını bildirib:

 

"Məni Samuel Eto'O, Didye Droqba, Sadio Mane ilə müqayisə edib, fondlara niyə maliyyə ayırmadığımı soruşanlar üçün üzülürəm. Təəssüf ki, mən o futbolçular deyiləm. Mən Adebayoram və ürəyim istəyəni edəcəyəm. Toqoda ianə ayırmadığım üçün məni qınayan insanlar olacaq. Bəziləri ölkəyə virusu mənim gətirdiyimi düşünür. Ölkəyə virusu mən gətirmişəm ki, yardım da edim?"