"Yuventus" və "Mançester Yunayted"in Raul savaşı

15:15 - 18 May 2020

"Vulverhempton"un hücumçusu Raul Ximenes ən yaxın transfer dönəmində "canavarlar"dan ayrıla bilər.

 

Sportal.az "The Times" nəşrinə istinadla xəbər verir ki, 29 yaşlı hücumçu ilə "Mançester Yunayted" və "Yuventus" maraqlanır.

 

Turin təmsilçisi meksikalı hücumçunu Qonsalo İquainin əvəzinə almaq istəyir. "Qırmızı şeytanlar" isə mərkəz hücumçusu axtarır və boşluğu Ximenes ilə doldurmaq fikrindədir.

 

Məlumata görə, "Vulverhemtpon" Raulu yüksək qiymətə satmağa hazırdır.

 

Ximenes bu mövsüm Premyer Liqada 29 oyun keçirib, 13 qol vurub və 6 assist edib.

Xəbər xətti