"Çelsi" yarımmüdafiəçisi Jorjinyo üçün gələcək təklifləri dəyərləndirmək istəyir.
Sportal.az "Tuttosport"a istinadla xəbər verir ki, "Yuventus" İtaliya millisinin üzvü ilə maraqlanır. Komandanın baş məşqçisi Mauriso Sarri London klubunda rəhbərliyi altında oynamış futbolçunu yenidən sərəncamında görmək fikrindədir.
Məlumata görə, "zadəganlar" Braziliya əsilli oyunçu üçün 65-70 milyon avro təzminat tələb edir.
28 yaşlı futbolçunun "Çelsi" ilə müqaviləsi 2023-cü ilin oyunun 30-da başa çatacaq. Jorjinyo bu mövsüm 37 oyunda 7 qol vurub, 2 assist edib.
saytlarin hazirlanmasi