İngiltərə Premyer Liqa klubları sabah məşqləri bərpa edəcək.
Sportal.az xəbər verir ki, yarışın saytı klubların bu barədə razılığa gəldiyini açıqlayıb. Məlumatda bu qərarın çempionatın bərpa edilməsi üçün önəmli addım olduğu vurğulanıb.
Kollektiv məşqə hələ izn verilməyəcək. Komandalar kiçik qruplara bölünərək, hazırlığı bərpa edəcəklər.
Premyer Liqada 29 tur geridə qalıb. Yarışın turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. 2-ci yerdə qərarlaşan "Mançester Siti" "qırımızılar"dan 25 xal geridədir.
saytlarin hazirlanmasi