ABŞ-ın “Monreal İmpakt” klubunun yarımmüdafiəçisi Viktor Vanyama açıqlama verib.
Sportal.az xəbər verir ki, kenyalı futbolçu "Sauthempton"da çıxış edərkən komanda yoldaşı Sadio Mane ilə aralarında baş vermiş dialoqdan söhbət açıb:
"Sauthempton"da Maurisio Poçettinonun rəhbərliyi altında bir ailə kimi idik. Sadio Mane ilə qardaş kimi münasibətimiz var idi. Morqan Şnayderlinlə də dost kimi idim.
Bir dəfə Mane tərəf baxdı və bunları dedi: "Məni dinlə, bu uşaqlar topu mənə ötürmək istəmirlər. Sən və mən daha yaxın oynaya bilərik? Mənim qol vurmağımı istəmirlər".
İstəmədən dedikləri ilə razılaşdım və top məndə olanda gözlərim onu axtarırdı. Onunla münasibətimin yaxşı olmasını istəyirdim. Çünki Sadio yaxşı oğlandır".
Mane 2016-cı ildə "Sauthempton"dan 41,2 milyon avro qarşılığında "Liverpul"a keçib.
saytlarin hazirlanmasi