"Real" ev oyunlarını "Santyaqo Bernabeu"da keçirməyəcək

17:45 - 2 İyun 2020

"Real" mövsümün qalan oyunlarını "Santyaqo Bernabeu"da keçirməyəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun prezidenti Florentino Peres məlumat verib. O, 2-ci komandaya məxsus olan "Alfredo Di Stefano" stadionunda ev oyunlarını keçirəcəklərini deyib.

 

Klub rəhbəri bu qərar sayəsində "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işlərini davam etdirə biləcəklərini vurğulayıb.

 

Təmir işlərinin Madrid klubuna 570 milyon avroya başa gələcəyi planlaşdırılır.

 

"Alfredo Di Stefano" stadionunun azarkeş tutumu 6 min nəfərdir.

Xəbər xətti