Premyer Liqanın 32-ci turunda "Liverpul"u evdə 4:0 hesabı ilə məğlub edən "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis çempionluğu rəsmiləşdirən komandaya qalib gəlmələrini şərh edib:
"Oyuna çıxmamışdan əvvəl "Liverpul"u alqışladıq, ancaq onlar oyuna elə köklənmişdilər ki, bizə təşəkkür etmədilər. Onlar hər oyuna final kimi yanaşdıqları üçün Çempionlar Liqası və Premyer Liqanı qazandılar. Ötən həftə çoxlu pivə içdilər, amma bura qanlarında spirt olmadan gəldilər. Biz meydanımızda çempionu yendik".
49 yaşlı mütəxəssis komandanın parlayan futbolçusu Fil Foden barədə xoş sözlər deyib:
"Onu qorumaq üçün əlimizdən gələni etmişik. Gənc futbolçuların ilk addımları çox vacibdir, onu hər oyunda meydana buraxmadıq. Belə istedadlı futbolçu tapmaq çətindir. Buna görə onu xərcləmək riskini üzərimizə ala bilməzdik. Yanlış fikir söyləmək istəmirəm, amma İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytin əlində böyük istedad var. Həyatımda böyük futbolçular çox gördüm və onları yetişdirdim. Əminəm ki, Foden də onlardan biri olacaq".
saytlarin hazirlanmasi