“Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turnirinin ilkin mərhələsi davam edir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov turun üçüncü mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb - 0.5:0.5.

 

Teymur Rəcəbov eyni zamanda, Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa) və Uesli So (ABŞ) ilə də heç-heçə edib.  Seçmə mərhələni 8 xalla 7-ci pillədə başa vuran şahmatçımız 1/4 finala yüksəlib.

 

Teymur Rəcəbov Çempionlar Turunun ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Levon Aronyanı məğlub edərək çempion olub.