Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal” baş məşqçisi Razvan Luçeskunun müqaviləsinə xitam verilib.

 

Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssisin əvəzinə komanda braziliyalı Rojer Mikaelə həvalə edilib.

 

Rumıniyalı çalışdırıcı 2019-cu ilin yayından Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi idi.

 

Razvan Luçesku məşhur rumıniyalı baş məşqçi Mirça Luçeskunun oğludur.