Xavi Qətər çempionu oldu

13:50 - 8 Mart 2021

Qətər çempionatının qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Barselona"nın keçmiş futbolçusu Xavi Ernandesin çalışdırdığı “Əl Sədd” yarışın qalibi olub.

 

Komanda sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

 

Bu, 2019-cu ilin mayından “Əl Sədd”i çalışdıran ispaniyalı mütəxəssisin ilk liqa çempionluğudur.

Xəbər xətti