"Simurq"a medal qazandıran məşqçi vəfat etdi

12:00 - 10 Mart 2021

“Simurq”un keçmiş baş məşqçisi Roman Pokora vəfat edib.

 

Sportal.az xəbər verir ki, keçmiş mütəxəssis 73 yaşında gözlərini əbədi yumub.

 

Ukraynalı mütəxəssis 2006-2010-cu illər aralığında “Simurq”u çalışdırıb. Zaqatala təmsilçisi 2008/2009 mövsümündə Azərbaycan çempionatında üçüncü yeri tutub və UEFA kubokunun 1-ci təsnifat mərhələsində iştirak edib.

Xəbər xətti