İbrahimoviç yenidən millidə

17:17 - 16 Mart 2021

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İsveç millisinə dəvət alıb.

 

Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Yanne Andersson 39 yaşlı hücumçunu DÇ-2022-nin seçmə mərhələsində Gürcüstan və Kosovo, eyni zamanda Estoniya ilə yoldaşlıq oyunları üçün yığmaya çağırıb.

 

İbrahimoviç 2001-2016-cı illərdə İsveç millisində çıxış edib. O, bu müddətdə 116 oyunda 62 qol vurub.

Xəbər xətti