Mançini postunda qalır

13:13 - 22 Mart 2021

İtaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Robert Mançini ilə bağlı qərarını verib.

 

Sportal.az xəbər verir ki, 56 yaşlı mütəxəssislə 2022-ci ildə başa çatacaq müqavilənin müddəti 2024-cü ilə qədər uzadılacaq. Onun maaşı illik iki milyon avrodan üç milyon avroya yüksələcək.

 

Mançini 2018-ci ildən İtaliya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

Xəbər xətti