Portuqaliyalı futbolçu: "Azərbaycanı düzgün təhlil etməliyik"

12:12 - 23 Mart 2021

Portuqaliya milli komandasının futbolçusu Danilo Pereyra DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi matçın asan olmayacağını deyib:

 

“Azərbaycanla oyun asan olmayacaq. Bu mərhələdə rahat oyunlar yoxdur. Mundiala qələbə ilə başlamaq vacibdir. Qarşıdakı üç oyunda məqsədimiz hər birində qələbə qazanmaqdır. Zəif komanda yoxdur. Yaxşı təşkilatlanmış, əks hücuma çox yaxşı çıxan, müdafiədə və öndə sabit çıxış edən komandalar var. Yaxşı nəticə əldə etmək üçün Azərbaycanı düzgün təhlil etməliyik”.

 

Sabah İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək Portuqaliya – Azərbaycan matçı saat 23:45-də start götürəcək.

Xəbər xətti