ÇSKA-nın yeni baş məşqçisi

16:54 - 23 Mart 2021

Rusiyanın ÇSKA klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Moskva təmsilçisini bundan sonra İvitsa Oliç çalışdıracaq. Xorvatiyalı mütəxəssisin müqaviləsinin detalları açıqlanmayıb.

 

41 yaşlı mütəxəssis bundan əvvəl Xorvatiya yığmasında baş məşqçi Zlatko Daliçin köməkçisi idi.

 

Oliç futbolçu kimi 2003-2006-cı illərdə ÇSKA-da çıxış edib.

Xəbər xətti