Daniel Aqqer baş məşqçi oldu

14:07 - 1 Aprel 2021

“Liverpul”un və Danimarka millisinin keçmiş müdafiəçisi Daniel Aqqer baş məşqçiliyə başlayıb.

 

Sportal.az xəbər verir ki, o, ölkəsinin 2-ci liqa təmsilçisi “Köqe” klubunu çalışdıracaq. Aqqerlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

36 yaşlı veteran futbolçu 2006-2014-cü illərdə "Liverpul"da çıxış edir. Aqqer 2016-cı ildə yetirməsi olduğu "Bröndbi" klubunda karyerasını bitirib.

Xəbər xətti