Əliyar Ağayev "Panatinaikos" - PAOK oyununu idarə etdi - VİDEO

FIFA referisi Əliyar Ağayev Yunanıstan Superliqasının çempionluq qrupunun oyununu idarə edib. 

 

Sportal.az xəbər verir ki, o, 2-ci turda “Panatinaikos” – PAOK matçında baş hakim olub. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olub.

 

Görüş Afinadakı "Apostolos Nikolaidis" stadionunda keçirilib. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Ağayev ev sahiblərinin 3, qonaqların 4 futbolçusuna sarı vərəqə göstərib.

 

Bu nəticədən sonra "Panatinaikos" 49 xalla 4-cü, PAOK 50 xalla 3-cüdür.

 

Tarix: 5 Aprel [10:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 May 2021
15  May 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio