Azərbaycanın tanınmış futbolçusu vəfat etdi

Veteran futbolçu Füzuli Cavadov dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

 

O.Abdullayevin sözlərinə görə, F.Cavadov 71 yaşında koronavirusdan vəfat edib. Dəfn mərasimi bu gün saat 11:00-da mərhumun Bakının Mərdəkan qəsəbəsindəki bağ evində olacaq. O, Binə qəbiristanlığında torpağa tapşırılacaq.

 

Füzuli Cavadov futbolçu karyerasının böyük hissəsini "Neftçi"də keçirib. O, 1972 - 1978-ci illərdə "ağ-qara" formanı geyinib. F.Cavadov Naxçıvanın "Araz", həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın "Dauqava" komandalarında da çıxış edib. Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır. (Report)

Tarix: 11 Aprel [11:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 May 2021
15  May 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio