Fransa klubu satışa çıxarılır

13:13 - 15 Aprel 2021

Fransanın “Sent-Etyen” klubu satışa çıxarılacaq.

 

Sportal.az xəbər verir ki, klubun sahibləri – Bernard Kayaçço və Rolan Romeye bu barədə qərar veriblər.

 

Onlar 2004-cü ildən "ilanlar"ın rəhbərləridir.

 

“Sent-Etyen” 10 dəfə Fransa çempionu olub və bu göstəricidə rekordçudur.

Xəbər xətti