Luçesku "Dinamo"nu çempion etdi

11:00 - 26 Aprel 2021

Ukrayna Premyer Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Kiyev "Dinamo"su 23-cü turda "İnqulets"ə 5:0 hesabı ilə qalib gələrək sona 3 tur qalmış çempionluğu rəsmiləşdirib (58 xal). Mirça Luçeskunun baş məşqçisi olduğu komanda Donetsk "Şaxtyor"u (45 xal) üçün əlçatmaz olub.

 

"Dinamo" tarixində 16-cı dəfə çempion olub. Kiyev təmsilçisi sonuncu dəfə 2016-cı ildə ölkə çempionu adı qazanmışdı.

 

"Dinamo" bu mövsüm ölkə kubokunu da qazanıb.

Xəbər xətti